• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Deputat oğlunun Londondakı şirkəti aktivlərini artırıb



Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Ugano Limited” adlı şirkət maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi “Ugano Limited”in aktivləri son hesabat ilində 148 min funt-sterlinq (311 min manat) artaraq 2,9 milyon funt-sterlinqə (6,1 milyon manat) yüksəlib.

Məlumat üçün bildirək ki, Londonda “11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan “Ugano Limited” şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə Aynur Quliyeva adlı (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib.

Elnur Əli

ƏN ÇOX OXUNANLAR

1.7382779121399