• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Messinin göz yaşlarını sildiyi salfet satışa çıxarıldı



Lionel Messinin “Barselona”da keçirdiyi vida mətbuat konfransında istifadə etdiyi kağız salfet bir milyon dollara satışa çıxarılıb.

Bu barədə elan “Mercado Libre” saytında yerləşdirilib.

“Mercado Libre, Inc” ABŞ-da qeydiyyatdan keçən, baş ofisi isə Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən elektron ticarət və onlayn hərracın təşkilini həyata keçirən şirkətdir. 

Xatırladaq ki, argentinalı ulduz futbolçu peşəkar karyerasına başladığı və uzun illər formasını geyindiyi klubdan ayrıldığını elan edərkən göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, “Qızıl top”un altıqat qalibi karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.

ƏN ÇOX OXUNANLAR

0.080962896347046