• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İran Azərbaycan xalqını dost adlandırıb, lakin arxadan zərbə endirib - Deputat



“İran 30 il Azərbaycana qarşı riyakar, ikiüzlü siyasət həyata keçirib və bu siyasət davam etməkdədir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləsə də, əslində, Ermənistana hər cür yardım edib, dəstək verib”.

Bunu “Baki.Media ”a açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra İran bütün vasitələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Zəngəzur dəhlizinin açılmasına böyük maneələr törədir. 

“İranın molla rejiminin törətdiyi bütün əməllər İslam dininin dəyərlərinə tamamilə ziddir. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Özünü İslam təəssübkeşi adlandıran İran ermənilər azərbaycanlılara qarşı soyqırımı törədəndə, məscidlərimizi dağıdıb təhqir edəndə Ermənistana nə təzyiq göstərdi, nə də bu ölkə ilə sərhədlərdə hərbi təlim keçirmədi. İran bu illər ərzində Azərbaycan xalqını dost adlandırıb, lakin arxadan zərbə endirib. Bu gün İran məqsədyönlü və açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqelərini davam etdirir”, - o qeyd edib.

O əlavə edib ki, İran din üzərindən Azərbaycanda siyasi təşkilatlandırma həyata keçirib, ölkəmizə qarşı dini - siyasi qruplaşmalar yaratmağa səy göstərir: “İranda 35 milyondan çox azərbaycanlı yaşadığından Azərbaycan hər zaman bu ölkə ilə sıx əməkdaşlıq etmiş və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən ikitərəfli sənədlər imzalanıb. 

İslam həmrəyliyindən danışan İran rəsmilərinin sözü ilə əməli heç zaman üst-üstə düşməyib. İranın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qərəz və yalan dolu kampaniyalar aparılır. Bu gün İran Azərbaycanın daxili işlərinə qarışır. Onlar iddia irəli sürürlər ki, guya Azərbaycanda din azadlığı və İslam dəyərləri qorunmur. Əslində isə İran dövlətinin məqsədi ölkəmizdə suni problemlər yaratmaqdır.

İranın Qafanda konsulluq açması, Ermənistanın Təbriz şəhərində konsulluq açmaq istəyini gündəmə gətirilməsinə şərait yaratması bu ölkənin Azərbaycana qarşı qeyri dürüst davranışının nümunəsidir. 

30 illik işğal dövründə Ermənistanın Azərbaycan ərazisində talançılıq etməsində İran da iştirak edib. Qarabağ və Şərqi Zəngəzurda azərbaycanlılara məxsus evlərin, binaların, məscidlərin daşları sökülərək İrana daşınıb. İşğal dövründə və 44 günlük müharibədən sonra İranla Ermənistan arasında böyük iqtisadi əlaqələr mövcud olub. İşğalda olan Azərbaycan torpaqlarına İrandan ermənilərə yanacaq və silah daşınıb. Belə hallara 44 günlük müharibədən sonra da baş verib və cənab Prezident çıxışlarında bunu dilə gətirməli olub. 

İslam mənəviyyətından, ədalətindən danışan İran rejimi bu ölkədə yaşayan azərbaycanlıların öz ana dilində təhsil almalarına, adət ənənələrini, mədəniyyətlərini yaşatmağa mane olur. Bu yolla İran rejimi Azərbaycan türklərinin hər vəchlə assimliyasiya olunmasına çalışır.  Bu davranış az qala İranın əhalisinin yarısına bərabər azərbaycanlılara qarşı haqsızlıqdır. Azərbaycan dövləti ölkədən kənarda yaşayan bütün azərbaycanlıların hüquqlarının qorunmasına səylərini əsirgəməyəcək.

Lakin Tehran rejimi unutmamalıdır ki, dünyada böyük nüfuza sahib iqtisadi, siyasi cəhətdən güclü, eləcə də qüdrətli orduya malik Azərbaycanla heç kim güc və təhdid dili ilə danışa bilməz”.

Mürtəza
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.095766067504883