• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu ölkədə ispanaq insanların hallüsinasiyaya görməyinə səbəb oldu



Avstraliyanın Sidney şəhərində ispanaq yeyən şəxslər hallüsinasiyalar görüb.

Baki.Media xəbər verir ki, supermarketlərdə qapalı paketlərdə satılan ispanaqlardan yeyən 9 nəfər zəhərlənib.

Səhiyyə işçiləri, “Kostko” adlı supermarketdə satılan “Riviera Farms” istehsalı ispanaq paketləri haqqında əhaliyə xəbərdarlıq edib.

İspanaq yedikdən sonra hər hansı qeyri-adi simptom yaranan hər kəsin xəstəxanaya yaxınlaşması tövsiyə olunub.

Zəhərlənən insanlarda əsasən, bulanıq görmə, göz bəbəklərində böyümə, sürətli ürək döyüntüsü, hallüsinasiya və deliriya (tibbdə huşun müvəqqəti olaraq zəifləməsi, zehində bulanıqlıq, hər hansı bir şeyə diqqət yetirməkdə problem yaşamaq, qəribə yuxular görmək, əşyaların yerini və ya şəklini dəyişməsini görməklə bilinən müvəqqəti bir haldır) kimi ciddi şikayətlər  özünü büruzə verib.

“Riviera Farms” firması paketləri mağazadan yığışdırdıqlarını, paketlərə alaq otlarının qarışdığını açıqlayıb.

Zəhərlənmələr zamanı ölüm hadisəsi qeydə alınmadığı bildirilib.

Faktla bağlı araşdırma davam edir. 

Günay

 

ƏN ÇOX OXUNANLAR

0.11924695968628