• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dünyanın ən çəkili adamı 542 kq arıqladı: görənləri heyrətləndirdi - FOTO



Bir vaxtlar dünyanın ən ağır insanı kimi tanınan Xalid bin Mohsen Şarinin arıqlamaq hekayəsi milyonları heyrətə salıb. 

Baki.Media “Sabah” qəzetinə istinadla xəbər verir ki, 1991-ci ildə Səudiyyə Ərəbistanında anadan olan Xalidin cəmi 22 yaşı olanda çəkisi 610 kiloqram olub. 

Xalid yatağında belə dönə bilməyən bir adama çevrilmişdi. Yataq otağının divarını sındıraraq kranla evindən çıxarılan gənc müalicə olunmaq üçün xəstəxanaya aparılmışdı.
2013-cü ilin avqustunda Xalid dünyanın ikinci ən ağır və ən ağır yaşayan insanı elan edilən Xalid tibbi müalicə və əməliyyatla yanaşı balanslaşdırılmış pəhriz saxlayıb.

Xalidin çəkisi bu sıx qrafik sayəsində 6 ayda iki dəfə azalıb. 6 aydan sonra Xalid 320 kilo arıqlamışdı.

Ümumilikdə 542 kq arıqlayan Xalid indi normal çəkiyə sahibdir və artıq rahat hərəkət edə bilir.

Fidan

 

ƏN ÇOX OXUNANLAR

0.088013887405396