• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xudayarı dinləyən yapon musiqiçidən təsirli addım - VİDEO



Yapon pianoçu Yusey İnui "Xudayar təsnifi"ni aranjiman edib.

Baki.Media xəbər verir ki, bununla bağlı musiqiçi "AZƏRTAC"a açıqlama verib.

Yusey İnui bildirib ki, Azərbaycan musiqisinin gözəlliyi onu heyran edib: "Bu xalqı, onun qədim və zəngin mədəniyyətini indiyədək tanımadığıma görə özümdən utandım".

"Xudayar təsnifi"ni ifa edərkən keçirdiyi hisslər barədə suala cavab verən pianoçu bildirib ki, mahnının daşıdığı mənanı dərindən başa düşdüyünə görə onu bütün qəlbi ilə hiss edir.

Qeyd edək ki, "Xudayar təsnifi" və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" Xalq artisti, xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnifdir.

ƏN ÇOX OXUNANLAR

0.093218088150024