• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Britaniya alimləri insanların şokoladı niyə sevdiyini öyrəndilər



Lids Universitetinin britaniyalı alimləri insanların şokoladı niyə sevdiyini göstərən araşdırma aparıblar. 
 
Baki.Media qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Phys.org yazıb.
Tədqiqatın nəticələri göstərib ki, şokolad dillə təmasda olduqda dad hissiyyatında mühüm rol oynayan qatı kakao hissəcikləri əmələ gəlir.

Buna əsaslanaraq alimlər belə qənaətə gəliblər ki, şokoladın tərkibindəki yağ kiçik rol oynayır, ona görə də onu azaltmaq olar. Və şokoladın dadı bundan dəyişməyəcək.
Həmçinin qeyd olunur ki, desert dillə təmasda olduqda şokoladı hamar edən yağlı bir lent buraxır. Bu, çoxlarının sevdiyi ağızda ərimə effekti yaradır.

"Əgər şokoladda 5% və ya 50% yağ varsa, o, yenə də ağzınızda əriyəcək ki, bu da sizə şokolad dadını verir", - alimlər deyib. "Yağ təbəqəsi şokoladın xarici qatında olmalıdır, bu, ən vacib şeydir, daha sonra kakao hissəciklərinin yağla effektiv şəkildə örtülməsi şokoladın toxunuşda belə xoş olmasına kömək edir".
 

ƏN ÇOX OXUNANLAR

0.28353309631348