• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zidan Əlcəzairdə meşə yanğınları ilə mübarizə üçün pul ayırdı



Madrid “Real”ının keçmiş baş məşqçisi Zinəddin Zidan Əlcəzairdə meşə yanğınlarına qarşı mübarizə məqsədilə yerli qurumlara maliyyə yardımı göstərib.

Sports.ru xəbər verir ki, 49 yaşlı idman mütəxəssisi bu məqsədlə 2 milyon avro ayırıb.

Ölkədəki meşə yanğınları nəticəsində artıq 65 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, Zidan Marseldə doğulsa da, əslən Əlcəzairin şimalındakı bərbər xalqlarındandır.

ƏN ÇOX OXUNANLAR

0.13547897338867