• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ öz ordusunu gücləndirmək üçün yeni texnologiyanın axtarışına başlayıb



ABŞ ordusu dəniz aviasiyası üçün “ekran” effekti ilə (səthdən əks olunan hava ilə qarşılıqlı əlaqə quraraq) yerin və ya suyun üzərində hərəkət edə biləcək ekranoplanların hazırlanmasını istəyir.

Bu barədə “Defense Blog” portalı məlumat yayıb.

Ekranoplanlar gəmilərdən daha sürətli hərəkət etmə qabiliyyəti, həmçinin helikopterlər və dəniz təyyarələri ilə müqayisədə daha çox yük daşıma qabiliyyəti ilə Silahlı Qüvvələrin diqqətini cəlb edir.

Gələcək perspektivli ekranoplan konsepsiyası 100 tondan çox faydalı yük, həmçinin bir neçə amfibiyanı göyərtədə daşımaq və təyyarənin uçuş rejimindən istifadə edərək maneələrdən keçmək qabiliyyətini təmin edir. Bunlardan axtarış-xilasetmə, desant və logistika əməliyyatlarında istifadəsi planlaşdırılır.

Bildirilir ki, ABŞ Müdafiə Nazirliyinin Perspektivli Tədqiqatlar Layihələri Agentliyi (DARPA) ordunun seriyalı ekranoplanlar almaq istəyini təsdiqləyib.

ƏN ÇOX OXUNANLAR

0.10938715934753