• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

FHN-in hansı qüvvələri Türkiyəyə GÖNDƏRİLİR?



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Qeyd edək ki, Türkiyədə səhər saatlarında güclü zəlzələlər baş verib. Son məlumata görə, ümumilikdə 1284 nəfər ölüb, 5323 nəfər yaralanıb, 1710 bina dağılıb.
















ƏN ÇOX OXUNANLAR

0.10043215751648