• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Uçan taksi dövrü başlayır - 2026-cı ilə qədər istifadəyə veriləcək



Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səlahiyyətliləri Dubayda uçan taksi proqramının bərpa olunduğunu elan edib. Onlar bunu 2026-cı ilə qədər işə salmağı planlaşdırırlar. BƏƏ rəhbərliyi dünyanın ən işlək beynəlxalq hava limanının yaxınlığında uçan taksilər üçün iki buraxılış meydançası təchiz etməyi düşünür.

Baki.Media qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə AP yazır.

"2017-ci ildən Dubayda - dünyanın ən hündür göydələni və digər memarlıq möcüzələri olan bir şəhərdə uçan taksiləri işə salmağı vəd edirlər. Bu vədlər bir sıra müxtəlif məmurlar və şirkətlər tərəfindən verilib. İndi isə bu vədlər Dubayda başlayan illik Ümumdünya hökumət sammiti ilə üst-üstə düşüb”, deyə agentlik yazır.

Proqramın bərpası barədə məlumatı BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum "Twitter"də elan edib.

Dubay Yollar və Nəqliyyat İdarəsindən Əhməd Bəhrozian "Dubai Eye" dövlət radiostansiyasına bildirib ki, aerotaksilərinin qiymətləri "Dubayda səyahət limuzinlərin qiyməti ilə eyni və ya bəlkə də bir qədər yüksək olacaq”.

Agentlik aerotaksi tariflərini ənənəvi taksi tariflərindən ən azı 30% yüksək kimi təsvir edir. AP qeyd edir ki, taksidə minimum gediş haqqı təxminən 3,25 dollardır və hər kilometrə görə 0,5 dollar yazır.

Hazırki halda proqramın tərəfdaşı əvvəllər bildirildiyi kimi Çinin "EHang 184". "XPeng X2" və ya Alman "Volocopter" deyil, mərkəzi ofisi Kaliforniyada yerləşən ABŞ-ın vençur aviasiya şirkəti "Joby Aviation" olacaq.

AP yazır ki, "Joby Aviation" öz imkanlarını fevralın 13-də Dubayda keçirilən Ümumdünya hökumət sammitində təqdim edib.

"Biz bu fürsətdən həyəcanlanırıq və onu fəal şəkildə araşdırırıq", deyə şirkətin nümayəndəsi Oliver Uolker-Cons bildirib. 

Eyni zamanda, Bəhrozian qeyd edib ki, hələlik heç bir tərəfdaşla müqavilə imzalanmayıb.

"Joby Aviation" prototipi enerji doldurmadan 240 km-dən çox məsafəyə uça bilir - bu, ona başlanğıc nöqtədən Əbu-Dabi və ölkənin digər hissələrinə getməyə imkan verəcək. Aerotaksi şaquli şəkildə qalxır və enir, maksimal sürəti 320 km/s-dır.

"Joby Avation"ın əsas səhmdarları arasında "Intel Corp." və "Delta Air Lines" göstərilir. 

AP qeyd edir ki, Dubay Hava Limanı dünyanın ən işlək beynəlxalq hava limanıdır. Aerotaksinin istifadəyə verilməsi şəhərdə əhalinin artması ilə daha da pisləşən gündəlik tıxacları azaldacaq (əmirliyin hazırda təxminən 3,5 milyon əhalisi var).

Agentlik əlavə edir ki, başqa altı əmirlikdən gələn avtomobilləri saymasaq, Dubayda qeydiyyatdan keçmiş 1,8 milyondan çox avtomobil pik saatlarda Şeyx Zayed küçəsi ilə hərəkət edir.

Bundan əlavə, aerotaksilərin işə salınması təşəbbüsü yerli hakimiyyət orqanlarının benzin və dizel yanacağı ilə işləyən avtomobillərdən imtina etmək istəyindən qaynaqlanır. Dubay 2030-cu ilə qədər ölkə yollarında olan bütün avtomobillərin dörddə birinin pilotsuz idarə ediləcəyini gözləyir.

ƏN ÇOX OXUNANLAR

0.094919919967651