• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Fireland” adlı yeni komanda təsis edildi



“Gaming League Azerbaijan” kiber idman üzrə “Fireland”-“Odlar Yurdu” adlı yeni komanda təsis edib.

Yeni komanda özündə kiberidman üzrə ən güclü oyunçuları cəmləşdirib. “Fireland” komandası Rəhman Şamilov, Cavid Məmmədov, Orxan Hüseynli, Murad Novruzlu və Behbud Zeynalovla 1 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən komandadakı kiberidmançıların ümumi dəyəri 300 min manat təşkil edir.

“Fireland” komandasının kapitanı Orxan Hüseynli yeni hədəflər barədə açıqlama verib: “Biz bütün məsuliyyəti dərk edirik. Qürurla ölkəmizi və bu adı xaricdə təmsil edərək qələbələr ilə fanatları sevindirəcəyik”.

“Gaming League Azerbaijan”nın yeni komanda yaratmaqda əsas məqsədi kiber idman üzrə yarışlarda rəqabət yaratmaqdır. Qeyd edək ki, “Gaming League Azerbaijan” 2019-cu ildə yaranıb. Əsas fəaliyyəti ölkədə kiber idman mədəniyyətinin inkişafı, kiberidman üzrə yerli və beynəlxalq turnirlərin keçirilməsidir. İki il ərzində GLA 40-dan çox yerli və 4 beynəlxalq turnirin təşkilatçısı olub.

ƏN ÇOX OXUNANLAR

0.087815046310425