• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ötən mövsümün ən yaxşı futbolçuları və baş məşqçisinin adı açıqlandı



UEFA Çempionlar Liqasında ötən mövsümün ən yaxşı futbolçularının adları açıqlanıb.

Baki.Media xəbər verir ki, ötən mövsümkü turnirin qalibi fransalı Eduard Mendi (“Çelsi”) ən yaxşı qapıçı seçilib.

“Mançester Siti”nin portuqaliyalı müdafiəçisi Ruben Dias ən yaxşı arxa xətt oyunçusu, “Çelsi”dən Fransa millisinin üzvü Nqolo Kante ən yaxşı yarımmüdafiəçi, Dortmund “Borusiya”sından norveçli Erlinq Holan ən yaxşı hücumçu hesab edilib.

“Çelsi”yə təyinatından cəmi dörd ay sonra kluba Çempionlar Liqası kubokunu qazandırmış almaniyalı məşqçi Tomas Tuxel ən yaxşı baş məşqçi seçilib. Bu komandanın futbolçusu, İtaliya ilə də Avropa çempionu olmuş Braziliya əsilli Jorjinyo isə mövsümün oyunçusu olub.

Səbuhi Musayev

ƏN ÇOX OXUNANLAR

0.090044975280762