• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Saxlanılanlar Oleq "Bakinski"nin "əlaltıları"dır?



Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin “əlaltıları”nın Bakıda hədə-qorxu ilə pul tələb etdikləri üçün saxlanıldığı iddia edilib.

Bu barədə “open-ua.net” saytı məlumat yayıb.

“Azərbaycanda cinayət aləmində Oleq “Bakinski” kimi tanınan Kiyev kriminalının başçısı Oleq Krapivinin əlaltıları Azərbaycanda hədə-qorxu ilə pul tələb etdikləri üçün saxlanılıblar. Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Nərimanov rayonu ərazisində həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində Oleq Krapivinin ətrafındakı cinayətkar dəstənin üzvləri - Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyevi saxlayıblar. Onlar oğurlanmış iş adamı Sahib İsmayılzadəni saxladıqları evdə ondan pul almaq istəyərkən saxlanılıblar. Saxlanılan şəxslər məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri nəticəsində istintaq təcridxanasına yerləşdiriliblər”, - məlumatda bildirilib.

Həmçinin bildirilib ki, dəstə üzvlərinin əksəriyyəti Ukraynada axtarışa verilib və ölkəyə girişi qadağan edilib.

Səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Yeniavaz.com-a bildirib ki, adı çəkilən şəxslərin O. Krapivin ilə heç bir əlaqələri yoxdur:

“Oleq kriminal avtoritet deyil, Azərbaycanın Ukraynadakı diasporunun sədridir. Adları çəkilən üç nəfər – hər üçü Azərbaycan vətəndaşıdır – bu il yanvarın 21-də bir vətəndaşdan hədə-qorxu ilə pul tələb etdiklərinə görə polisin keçirdiyi tədbirlər nəticəsində saxlanılıb. Barələrində cinayət işi qaldırılıb, hazırda da həbsdədirlər. Bu məsələ yanvar ayının 21-də olub. Bu üç nəfər Azərbaycan vətəndaşının da həmin Oleqlə heç bir əlaqəsi, yaxınlığı yoxdur”.

E.Zahidov sözügedən hadisə bağlı DİN-in yanvar ayında rəsmi məlumat yaymamasının səbəbini isə belə izah edib:

“Hər gün bu cür neçə-neçə şəxs saxlanılır, hər biri barəsində məlumat yaymırıq. Bu, adi, sıradan bir məsələdir. Bunu mətbuat belə şişirdib, qaldırıb”.

Qeyd edək ki, Krapivin Oleq Andreyeviç Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli sərəncamlı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

ƏN ÇOX OXUNANLAR

0.075593948364258