• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Uşaqları bu cür böyütmək psixi pozğunluqlara səbəb ola bilər" - Bədən dili mütəxəssisi



“Sakit uşaqlar böyüyəndə ruhi sağlamlığı daha çox dağılmış insanlara çevrilirlər”.

Baki.Media xəbər verir ki, bunu türkiyəli yazar və bədən dili mütəxəssisi Aşkım Kapışmak deyib. Onun sözlərinə görə, dəcəl və interaktiv uşaqlar daha az psixoloji problemlər yaşayırlar:

“Çünki ailədə, evdə, məktəbdə və s. qəbul etdikləri mənfi emosiyaları oyun oynayaraq, dəcəllik edərək atırlar. Yəni daxili dünyalarındakı mənfi emosiyalardan xilas olurlar. 
Siz uşağı “sus”, “oturma”, “belə danışma” deyib sakit böyüdəndə qazancınız başqaları olacaq. Yəni camaat “nə qədər tərbiyəli uşaq böyütmüsüən, halal olsun” deyəcək. 

Beləliklə, siz ana-ata olaraq özünüzü qane edirsiniz, amma uşağın dünyasını alt-üst edirsiniz. Çünk uşaq danışmaq, hərəkət etmək, dəcəllik etmək, öz duyğularına görə hərəkət etmək istəyir, amma valideynlərin gözünə baxır, onların duyğularına görə hərəkət edir. Bu, qurban psixologiyasıdır. Onlar gələcəkdə öz həyatını yaşamayıb başqalarının duyğularını yaşayan insanlara dönəcəklər. Böyüyəndə orada-burada danışa, haqqını tələb edə bilməyəcək, özünəinamı olmayacaq, susacaq, susduğu üçün ətrafdakılar “necə də yaxşı, səssiz biridir” deyəcək. Bir müddət sonra mənəvi dünyası alt-üst olacaq. İçəridə ata-ananın, uşaqlığındakı insanların səsi, heç vaxt çıxmayan öz səsi. Beləliklə, mənəvi dünyası dağılacaq. Uşaqlar sakit böydülməməlidir”.

Mütəxəssis bildirib ki, uşaqların davranışlarından narahat olan valideynlərdə problem var:
“Uşaqlar yaramazlıq edə, oyun oynaya bilərlər. Siz onlardan narahat olursunuzsa, deməli, öz daxili dünyanızda bəzi şeyləri düzəldə bilmədiyiniz üçün uşağı düzəltməyə çalışırsınız. Xahiş edirəm uşaqları sərbəst buraxın” - o əlavə edib.

Billurə 

 

ƏN ÇOX OXUNANLAR

0.097396850585938