• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda altı ailə bir sakinin “ümidinə” qalıb: Kanalizasiya xətti olan ərazi şəxsi mülkiyyətə verilib - VİDEO



Bakının Sabunçu rayonunda bir qrup sakin kanalizasiya problemindən əziyyət çəkir. 

Bu barədə Baki.media-a daxil olan şikayətdə qeyd edilib. Belə ki, söhbət rayonun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 47 ünvanından gedir. Sözügedən ünvanda yaşayan bir qrup sakin iddia edir ki, kanalizasiya xətti gedən ərazini bir nəfər şəxsi mülk kimi hasara alıb:

“Həmin ərazi əvvəl ümumi küçə olub. Qonşuluqda olan şəxs iddia edir ki, bura onun ərazisidir, hasara alıb. Amma onun çıxarış sənədlərində həmin yer yoxdur. Çünki ümumi yoldur. Sakinlər nə qədər israr etsələr də, bizi dinləmir, hər kəslə kobud davranır. “Azərsu” ASC-dən, yerli icra hakimiyyətindən gələn rəsmi nümayəndələrə qarşı da kobud mövqe sərgiləyir. Heç kimi əraziyə buraxmır.

Vəziyyət isə çox çətindir. Kanalizasiyalar dolub daşır, hər gün maşınlar gəlir təmizləyir. Amma ətrafa üfunət yayılır, oturmaq olmur. Ərazidə yenidən kanalizasiya çəkilməsinə icazə verilmir, həmin şəxs də imkan vermir ki, problemimizi həll edək. Altı ailə həmin kanalizasiyadan istifadə edirdi. İndi hamımız çıxılmaz vəziyyətdə qalmışıq”.

Vətəndaşların müraciətinə Sabunçu Rayon Su Kanal İdarəsi tərəfindən baxılıb və idarənin rəisi Elşən Həmzəyev tərəfindən imzalanan rəsmi cavab məktubu göndərilib. Cavab məktubunda qeyd edilib ki, əraziyə baxış zamanı məlum olub ki, qonşuluqda yaşayan sakin tərəfindən kanalizasiya xəttinin keçdiyi ərazini hasara alaraq şəxsi mülkiyyətinə çevirib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Baki.media-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən problemdən məlumatlıdırlar:

“Bizim əməkdaşlar ərazidə olub, sözügedən vətəndaşla danışıb. Problemin həlli üçün aparılan danışıqlar zamanı camaatın fərdi xəttinin onun həyətindən keçdiyi bildirilib, şərait yaradılması qeyd edilib. Lakin vətəndaş buna icazə verməyib. Sözügedən ərazidə isə “Azərsu” ASC-nin hər hansı ikinci alternativ xətti yoxdur ki, digər evlərin xəttini ona birləşdirək. Burada problemin həlli üçün vətəndaşın, aidiyyəti qurumların ortaq məxrəcə gəlməsindən başqa alternativ variant yoxdur”.

Sabunçu Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşların müraciətinə əsasən, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və rayon “Su Kanal” idarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 47 ünvanına yerində baxış keçirilib:

“Bu zaman məlum olub ki, mövcud kanalizasiya xətti rayon “Su Kanal” idarəsinin balansında deyil. Qeyd olunan kanalizasiya xətti həyətyanı sahələrdən keçməklə, primitiv şəkildə vaxtilə orada yaşayan sakinlər tərəfindən öz vəsaitləri hesabına çəkilib. Sonralar xəttin bir hissəsinin keçdiyi boş ərazi başqa bir vətəndaş tərəfindən hasara alınıb.

Araşdırma zamanı məlum olub ki, hasara alınmış ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1010809 nömrəli Çıxarışa əsasən, Azər adlı vətəndaşın xüsusi mülkiyyətinə verilib. Eyni zamanda “Su Kanal” idarəsindən məlumat verilib ki, qeyd olunan ərazidə gələcəkdə yeni kanalizasiya şəbəkəsinin yaradılması “Azərsu” ASC tərəfindən Dövlət Proqramları çərçivəsində nəzərdə tutulub”.

ƏN ÇOX OXUNANLAR

0.12826800346375