• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Oruc tutmayanlar iftar dəvətlərinə gedə bilərmi? – İlahiyyatçıdan AÇIQLAMA



Ramazan ayında oruc tutmaq, iftar süfrələri və s. ilə bağlı bir çox mövzuda suallar yaranır. Bu suallardan biri də iftar süfrəsinə kimlərin dəvət edilməsi ilə bağlıdır.

“Belə ki, oruc tutmadığı halda iftar süfrəsinə getmək doğrudurmu” sualı ətrafında müzakirələr var.

Mövzu ilə bağlı Baki.Media -a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, iftar süfrəsi insanları oruc tutmağa sövq edə bilər:

“Ramazan ayı rəbbimizin bir rəhmət ayıdır. Allah bu ayda yer üzündəki qullarına rəhmət nəzəri ilə baxır. Onların qarşısına maddi süfrələrdən daha ziyadə bir mənəvi süfrə açır. Düzdür, müqəddəs kitabımız Quran inananları oruca dəvət edir. 

Yer üzünün 8 milyarda yaxın insanını Allah-taala öz süfrəsinə əyləşməyə dəvət edərkən bizim belə bir seçim etməyə haqqımız yoxdur ki, dəvət etdiyimiz süfrənin başına oruc tutanlar gəlsin, tutmayanlar yox. Bir müsəlman olaraq ətrafımızdakı insanları təbii ki, iftar süfrələrinə dəvət etmək böyük bir izzət, böyük bir qürurdur. Hər kəsin belə bir süfrə açma şansı da yoxdur. Süfrə açmaq, insanlara ikram etmək, yaxşılıq etmək, ac qarın doyurmaq dinimizin bəyəndiyi əməllərdir. Ona görə də belə süfrələrdə ayrı-seçkiliyə yol verilməməlidir. Əksinə, çağırılmamış insanlar da iftara dəvət edilməlidir.  

Digər tərəfdən bəzən bu süfrənin ətrafında elə mənəvi hava olur ki, üzrlü olmayıb oruc tutmayan bir adam belə, oradan gözəl bir ibrət ala, o süfrədən bərəkətlənə bilir. Onun iftar süfrəsində yediyi loxma növbəti gün oruc tutmasına səbəb ola bilir. Ona görə də xeyir qapılarını bağlamayacaq, əksinə, insanlarımızı iftar süfrələrinə dəvət edək. Elə insan var ki, üzrlü səbəblərdən oruc tuta bilmir. Onu süfrədən uzaq saxlamaq doğru deyil. Bu baxımdan Allahın bu gözəl ayında gözəl işlər görək”, - deyə o söyləyib. 

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.091423988342285