• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Musiqi məktəbinin direktoruna qarşı qalmaqallı ittihamlar - AÇIQLAMA



Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbinin direktorunu Səadət Əminovanın vəzifəsindən sui-istifadə etdiyi deyilir.

Bu barədə Baki.Media -a şikayət daxil olub. Qeyd edilir ki, xanım direktorun qanunsuz hərəkətləri müəllimləri və valideynləri narazı salıb.

İddialara görə, boş vakansiyalara işçilər qəbul olunmur. Bildirilir ki, məktəbdə müdir müavini vəzifəsinə təyinat olmadığı halda direktor onun yerinə bir nəfər xanım “təyin” edib.

İşə gəlməyən müəllimlərin yerinə qol çəkildiyi, vəzifələr üzrə 4 nəfərin yerinə 2 nəfərin fəaliyyət göstərdiyi qeyd edilir.

Məktəbdə maliyyə pozuntuları olması da iddialar arasındadır. Bundan əlavə, hazırda məktəbdə mühafizəçi olmadığı bildirilir.

Sözügedən iddialarla bağlı S.Əminovanın özü ilə əlaqə saxlasaq da, direktor danışmaq istəmədiyini söylədi:

“Deyilənlər sadəcə ittihamdır. Bu barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən soruşun”, - deyə o bildirib.

Şikayətlərlə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlanıb.

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.11361694335938