• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanıldı



Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb.

Bu barədə Baki.Media -a Suraxanı rayon prokurorluğundan bildirilib.

Aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-cü il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

ƏN ÇOX OXUNANLAR

0.25837302207947