• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

68 yaşlı qadın nəvəsini dünyaya gətirdi



İspaniyada 68 yaşlı qadın öz nəvəsinin anası olub.

Baki.Media xarici KİV-ə istinadla xəbər verir ki, keçmiş aparıcı Ana Qarsiya Obreqon vəfat etmiş oğlunun sperması ilə yenidən ana olub.

Məlumata görə, oğlu xərçəng müalicəsinə başlamazdan əvvəl sperm bankında qeydiyyata düşüb.

27 yaşlı oğlan 2020-ci ildə vəfat etdikdən sonra anası onun ən böyük istəyini reallaşdırıb.

Keçmiş aparıcı dölün Nyu Yorkdakı sperma bankında saxladığını bildirib.

“Oğlumun son arzusu dünyaya uşaq gətirmək idi. O, mənim qızım deyil, nəvəmdir. Oğlum dünyasını dəyişən gün bu prosesə başladıq”,-deyə o əlavə edib.

68 yaşlı ulduz yaşlı olduğu üçün bu davranışına görə tənqidlərə məruz qalıb.

Qızının ABŞ-də doğulduğunu deyən Obreqon bu üsulu qadağan edən İspaniya rəsmiləri tərəfindən də tənqid edilib.

Beləliklə o, həm “qanuni ana”, həm də “nənə” olub.

Günay

ƏN ÇOX OXUNANLAR

0.077031135559082