• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Abşeronda bacısını öldürən qardaş hakim qarşısında 



Abşeron rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan 1998-ci il təvəllüdlü Nicat Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baki.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.

İş üzrə məhkəmə baxış iclası iyulun 21-nə təyin olunub.

İttihama görə, ötən il sentyabrın 25-də, gecə saat 04 radələrində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Xalidə Əsədovanın almış olduğu xəsarətlərdən ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1998-ci il təvəllüdlü Nicat Əsədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Xalidə Əsədovaya çoxsaylı xəsarətlər yetirməsinə, sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Nicat Əsədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

ƏN ÇOX OXUNANLAR

0.12116885185242