- 6
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycanda yerli icra hakimiyyətlərinin başçılarının əksəriyyətinin özünü kral kimi aparması hər bir vətəndaşa gün kimi aydındır. Çox zaman kabinetlərində tapılmayan, son zamanlar isə korona pandemiyasını bəhanə edib qapılarını sakinlərinin üzünə bağlayan bu tip icra başçıları demək olar ki, günlərini eyş-işrətdə, kefdə-damaqda keçirir.
Başçısı olduqları rayonların idarəçiliyini isə tabeliyindəki adamlara və qohum-əqrabalarına tapşırıblar.
AzFakt.com-a daxil olan məlumata görə gününü orda-burda keçirən icra başçılarından biri də Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. Hələ bir neçə gün öncə şəhid ailəsinin narazılığı ilə ölkə mediasını zəbt edən Elşən Salahov kondisionerli otaqdan çıxmamaqda ittiham edilirdi.Lakin məlumata görə Elşən Salahov ümumiyyətlə Xəzər rayonunun idarəçiliyini qohum-əqrəbaları arasında bölüşdürüb.
Belə ki, Xəzər rayonunda bələdiyyə sədrlərini, yerli icra nümayəndələrinin təyinatının İcra başçısının atası Rövşən Salahov tərəfindən verildiyi deyilir. Hazırda Şağan, Buzovna, Şüvəlan və rayonun digər iri qəsəbələrinin bələdiyyə və icra nümayəndələrinin un "təqdimatı" ilə qoyulduğu iddia olunur.
Rövşən Salahovun Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun atası olmaqla yanaşı, eyni zamanda Xəzər rayon Ağsaqqallar Şurasının sədri olduğu deyilir. 2013-cü ildən bu vəzifəyə seçilən R.Salahovun oğlu E.Salahovun vəzifə pillələrində irəliləməsində mühüm rolu olduğu deyilir.
Digər maraqlı məqam isə Xəzər rayonunun ən prestijli qəsəbələrində obyekt tikmək istəyən iş adamlarının rayon icra hakimiyyətinin başçısı ilə yox, Ağsaqqallar şurasının sədri ilə görüşməyə meylli olmalarıdır. Elşən Salahov əvvəllər Xəzər rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri, başçının müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, bir müddət öncə Xəzər rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinini müdiri Tural Zeynalov saxta tikinti sənədləri verdiyinə görə həbs edilmişdi.
Həmçinin Xəzər rayonunda ictimai işlərə cəlb edilən şəxslərin 500-ə yaxının "ölü can" olduğu da iddialar arasında yer alır.
P.S. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Mənbə AzFakt.com