Bakıda məşhur Çin şirkətindən 600 min dollarlıq oğurluq edildi
Bakıda yerləşən məşhur xarici şirkətdən 600 min dollara yaxın oğurluq edilib.
Bakupost.az -ın xəbərinə görə, avqustun 31-də Petro-Hong Kong - Pirsaat Oil Limited MMC-nin nümayəndəsi Çin Xalq Respublikasının vətəndaşı, 56 yaşlı Pan Liming ərizə ilə polisə müraciət edərək bildirib ki, avqustun 14-nə keçən gecə Ələt qəsəbəsində yerləşən MMC-yə məxsus neft quyularından 591.500 ABŞ dolları dəyərində mühərrik və generator oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.