• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şəxsi avtomobili ilə şəhər ərazisində hərəkət edən koronavirus xəstəsi SAXLANILDI - FOTO/VİDEO



Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə alan koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elşad Şıxqəmzəyevin idarə etdiyi “Kia” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

E.Şıxqəmzəyev yaşadığı ünvana geri qaytarılıb və hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabadın Zəngənə kənd sakini Samir Sadıqova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan S.Sadıqovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

ƏN ÇOX OXUNANLAR

0.074007987976074