Azərbaycanın tanınmış təhsil ocaqlarından olan "Qərb Universiteti Tam Orta Məktəbi"nin (VÖEN – 1701174541) dövlət büdcəsinə 6 min 311 manat 30 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
Məlumat üçün bildirək ki, “Qərb Universiteti Tam Orta Məktəbi” MMC 07.02.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 27-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bağırova Liana Vadim qızıdır.
Onu da bildirək ki, Bağırova Liana Vadim qızı sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun həyat yoldaşıdır.