Ölümlə üz-üzə qalan fəhlələrə nəzarət edən şəxs nə danışdı? – VİDEO
Paytaxtın Gəncə prospektində inşa edilən binada fəhlələrin fərdi mühafizə vasitələri olmadan, ölümün bir addımlığında işləmələri ilə bağlı görüntülər müzakirəyə səbəb olub.
Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün əraziyə gedib.Tikinti şirkətinin mühafizəçisi sözügedən məsələ ilə bağlı heç bir suala cavab verməyib.İş icraçısı olduğu deyilən Tahir adlı şəxs isə açıqlamasında işçilərin yas yerində olduğunu desə də, məlum olub ki, əməkdaşlar işlərini davam etdirirlər.O, həmçinin binanın hansı MTK-ya aid olduğunu bilmədiyini deyərək sualdan yayınıb.Nəzərə alsaq ki, tikinti təhlükə riski yüksək olan sahədir, bəs o zaman təhlükəsizlik qaydalarına niyə riayət edilmir? Fəhlələrin təhlükəsizliyi niyə təmin olunmayıb?Mövzu ilə bağlı videonu təqdim edirik: