• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cahangir Hacıyev: "Samir Şərifov da bu məhkəmə işinə cəlb olunmalı və mənim yanımda əyləşməlidir"- İDDİA



Cahangir Hacıyev: "Samir Şərifov da bu məhkəmə işinə cəlb olunmalı və mənim yanımda əyləşməlidir"
 
"Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada - mənim yanımda əyləşməlidir...” 
 
Bakı Ağır Cinayətlər Məhkəməsindəki ilk prosesində Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyev bu tələblə çıxış edib.

Sonrakı məhkəmə iclaslarında keçmiş bankirin vəkilləri də vəsatət qaldırdılar ki, maliyyə naziri Samir Şərifov, onun müavini Azər Bayramov mütləq məhkəməyə çağırılıb, ən azı şahid kimi dindirilməlidir.
 
Onlardan soruşulmalıdır ki, əgər uzun illər bankda milyardlarla manat yeyinti olubsa, bəs Müşahidə Şurası hara baxıb? Əgər Cahangir Hacıyev təkbaşına qərarlar verib, dost-tanışına bankın vəsaitlərini kredit kimi paylayırdısa, niyə Müşahidə Şurası olaraq, buna müdaxilə etmirdilər?

Daha ətraflı aşağıdakı videoda:

ƏN ÇOX OXUNANLAR

0.019397020339966