- 6
ENDİRİLİR
ENDİRİLİR
Aparıcı-prodüsser Sayqa Cahid bir neçə gün öncə Bakı Sağlamlıq Mərkəzinin həkimlərini onu yanlış əməliyyat etməkdə günahlandırıb. O məhz bu səbəbdən vəziyyətinin daha da ağırlaşdığını və Türkiyəyə müalicəyə getdiyini də bildirirdi.
Bakı Sağlamlıq Mərkəzinin həkimləri, uroloq-androloq Niyaməddin Əliyev Qardaşxan Mamedov açıqlamalarında ittihamlara cavab veriblər.
Həkim Qardaşxan Mamedov qeyd edir ki, aparıcı prodüsser Sayqa Cahidin əməliyyatı yüksək səviyyədə təşkil olunub: “Əməliyyat zamanı ona maddi və mənəvi dəstək göstərilib və xəstənin Türkiyəyə getmə səbəbi əməliyyatdan sonra ağırlaşması deyil”.
Həkim uroloq-androloq Niyaməddin Əliyev bildirir ki, Sayqa Cahid bir ilə yaxın idi xəstəliyindən əziyyət çəkirdi: “O, əməliyyatın ideal şəkildə keçdiyini, yaxşılaşdıqdan sonra evə buraxıldığını qeyd edir”.
Həkim Niyaməddin Əliyev deyir ki, Sayqa Cahidin Türkiyəyə getmə səbəbi səhhətindəki ağırlaşma deyil, şəxsi işləri ilə bağlıdır. Həkim bu kampaniyanın uzun sürəcəyi təqdirdə aidiyyatı qurumlara müraciət edəcəyini bildirir.