• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

YAP Rayon Təşkilatının sədrinin intim görüntüləri yayıldı - VİDEOFAKT



YAP-nın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun messenger üzərindən +18 görüntüsü var.

AMİA.AZ xəbər verir ki, Yayılan görüntülərdə R. Göyüşovun gənc qadınla əxlaqsız hərəkətlər etdiyi görünür.

Məsələ ilə bağlı Ramiz Göyüşovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun pornoqrafik videosu yayılıb. Bununla bağlı Milletinsesi.info-ın sorğusuna Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev cavab verib. 

“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilmişdir. YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaqdır” – deyə, Elməddin Quliyev qeyd edib.

Qeyd edək ki, o, 11 iyul 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının XIII konfransında sədr və 18 may 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının IX konfransında sədr seçilib.

Qarşı tərəf kimi yazıda və video görüntüdə adı keçən şəxsin mövqeyini dərc etməyə hazırıq.

ƏN ÇOX OXUNANLAR

1.893150806427