• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

SOCAR bir işçinin əmək haqqı üçün 50 min pul ayırır? - Fotofakt



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildəki ümumi xərcləri 110 milyard 650 milyon manat olub.

Yeniavaz.com SOCAR-ın illik maliyyə hesabatına istinadən xəbər verir ki, son bir ildə şirkətin xərcləri 37 milyard 502 milyon manat və ya 51,3% artıb.

SOCAR-ın ötən il əmək haqqı, maaş və sosial müdafiə xərcləri 2 milyard 352 milyon manat olub və 2021-ci illə müqayisədə 29% artıb.

Şirkət 2022-ci il üçün davamlı inkişaf hesabatını açıqlamadığı üçün ötən il neçə nəfər işçisinin olduğu bilinmir. Lakin, son illərin hesabatına baxdığımız zaman belə görünür ki, SOCAR-ın işçilərinin sayı orta hesabla 1,5 min nəfər azalıb.

Əgər hesab etsək ki, ötən il ərzində də SOCAR-ın işçilərinin sayı bu həddə azalıb, o zaman SOCAR-ın bir işçiyə düşən əmək haqqı, maaş və sosial müdafiə xərcləri təxminən 50 min manat təşkil edəcək.


Elnur Əli

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.028357982635498