- 6
ENDİRİLİR
ENDİRİLİR
Kliniki Tibbi Mərkəzin tenderi ləğv edilib.
Valyuta.az xəbər verir ki, yanğından mühafizə sistemlərinin texniki və təmir xidmətlərinin satınalınması ilə bağlı keçirilən tenderin ləğvi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı ilə həyata keçirilib.
Tenderin ləğv edilməsinin səbəbi isə “Dövlət satınalmaları haqqında” Qanunun 38.2-ci maddəsinin pozulması olub. Həmin maddədə qeyd edilir ki, Tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər.
Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.