- 6
ENDİRİLİR
ENDİRİLİR
Prezident İlham Əliyev Ceyhun Əkbər oğlu Həsənovu ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.
Ceyhun Həsənov 05.12.1962-ci il tarixdə Salyan rayonunda anadan olub. 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçib.
1994-cü ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1984-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
Ceyhun Həsənov 2004-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləyib. 10.06.2016-cı il tarixdə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunub. Ona Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülüb. Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli Sərəncamı ilə "İgidliyə” görə medalı, habelə "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
Ailəlidir, 3 övladı var.