Ağsu rayonunun Cəlayir kəndinin 20-yə yaxın sakini Pia.az-a müraciət edərək uzun illər boyu örüş yeri olan torpaqların qanunsuz olaraq zəbt olunduğnu və həmin sahədə nar bağının salındığını bildiriblər.
Şikayətçilər qeyd edirlər ki, sözü gedən örüş sahəsini Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli tərəfindən qanunsuz olaraq zəbt edilib.
Sakinlər bildirilər həmin ərazi Dövlət Torpaq Fonduna aiddir və 15 hektarlıq bu ərazidə nar bağının salınması qanunlara ziddir. Həmin ərazini Cəlayir kəndinin sakinləri uzun illər boyu örüş sahəsi kimi istifadə ediblər, hazır da isə kənd camaatı heyvanlarını otarmaq üçün əziyyət çəkirlər.
Həmçinin şikayətçilər bildirilər ki, həmin torpaq sahəsinin istismarı ilə bağlı Füzuli Kərimli heç bir qanuni haqqa və sənədə sahib deyil. Buna baxmayaraq qanunsuz salınan nar bağının ətrafında heyvanlarını otarırkən belə, yerli polisin təzyiqinə məruz qalırlar. Daha doğrusu Ağsu rayon icra başçısının birincü müavini səlahiyyətlərindən istifadə edərək kənd sakinlərinə polis vasitəsi ilə təzyiq edir.
Sakinlərinin sözlərinə görə qanunsuz nar bağına nəzarəti Cəlayir kənd bələdiyyəsinin sədri Qiyasəddin Mirzəyev həyata keçirir. Sakinlər dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun qəbuluna gedib şikayət etsələr də, onların şikayəti cavabsız qalıb. Füzuli Kərimli isə öz qanunsuz hərəkətlərini davam etdirir.
Qeyd edək ki, Poliqon kənd camaatının şikayəti əsasında Ağsu rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edib. Sorğunun göndərilməsindən bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, icra hakimiyyəti Cəlayir kənd sakinlərinin şikayəti əsaında göndərdiyimiz sorğunu cavablandırmayıb. Bütün halalrda Ağsu rayon İcra Hakimiyyətinin və Füzuli Kərimlinin mövqeyini dərc etməyə hazırıq... //PİA.az//