- 5
ENDİRİLİR
ENDİRİLİR
Son vaxtlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Şəhər və Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə aid və ya baş memar, tərəfindən keçirilən tenderlərə aid mənimsənilən korrupsiya faktına əsaslanan sənədlər götürülür.
Bu sənədlər mahiyyətcə onu sübut edir ki, tender adı altında dövlət büdcəsindən İcra orqanları pul silinməsi əldə edirlər.
Belə bir faktın mövcudluğu Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Xüsusi geyim formasının satınalınması ilə bağlı elan etdiyi tenderdə şübhə doğuran sənədlər mövcuddur.
Əldə etdiyimiz məlumata görə, adı keçən müəssisə tenderinin qalibi "GLOBAL OILFIELD SOLUTIONS" MMC olub. Beləlliklər hər iki tərəf arasında 212.588,8 AZN-lik müqavləyə imza atılıb. İşin qəribə tərəfi 21.11.2019-cu ildə dövlət qeydiyyatına alınana "GLOBAL OILFIELD SOLUTIONS" MMC-nin nizamanmə kaptalı cəmi 10 AZN-dir. Qanuni təmsilçisi isə Günel Kərimova Novruz qızıdır.
Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xüsusi nəzarətindədir. Birliyə təyinat işləri məhz onun sərəncamı ilə həyata keçirilir.
Azər