• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azər Zeynalov Naxçıvan Ali Məclisi deputatlarının etik davranış qaydaları haqqında qanunu təsdiqlədi



Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında qanun qəbul olunub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda qərarı Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təsdiqləyib.

Qanunda bir sıra məsələlərlə yanaşı deputatların hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər də öz əksini tapıb. Qanunun 10-cu maddəsində deyilir ki, Deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş məbləği keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Eyni zamanda deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Ali Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Ali Məclisin İntizam komissiyasına məlumat verməli və nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələri Ali Məclisin Aparatına akt üzrə təhvil verməlidir.

ƏN ÇOX OXUNANLAR

0.020151853561401