• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Kontinent İnşaat” ölkədən valyuta çıxarıb, amma...



“Kontinent İnşaat” MMC-ni məhkəməyə verilib. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib və məhkəməyə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Onu da qeyd edək ki, bir müddt öncə media da “Kontinent İnşaat” şirkətinin dövlətə vergi borcu 1,2 milyon manata çatması barəsində məlimat yayıldı.

Həmin məlumatda qeyd olunurdu ki, “Kontinent İnşaat” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 milyon 288 min 446 manat 87 qəpik borcu yaranıb.

Qeyd edək ki, ötən ay bu vəsaitin miqdarı 630 min 559 manat 29 qəpik idi.

Hazırda şirkətin qanuni təmsilçisi Mahmudov Araz Ucal oğludur. Direktorlar Şurasının sədri isə Əli Hüseynovdur.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.021472930908203