• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qarabağ Qazisi Gəncə Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi



Gəncə Şəhər İcra Hakimiyyəti məhkəməlik olub.

32gun.az-ın məlumatına görə, icra orqanının işindən narazı olan Abdinov Mətin Nazim oğlu Gəncə İnzibati Məhkəməsinə müraciət edib. 

Hakim Fikrət Hüseynovun icraatına verilən məhkəmə işlinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərdən ibarətdir. 

Bildirək ki, Abdinov Mətin Nazim oğlu II Qarabağ Döyüşlərində  19 oktyabr tarixində Xocavəndin işğalçılardan azad olunması uğrunda döyüş əməliyyatında iştirakı zamanı ilk dəfə ayağından qəlpə yarası alaraq yaralanmış, lakin yaralansa da döyüş meydanında tabeliyindəki şəxsi heyəti tək qoymayaraq düşmənə sarsıdıcı zərbələr endirərək, onların canlı qüvvəsini və texnikasını məhv etmişdir.  Sonradan Şuşa istiqamətində əks hücum zamanı noyabr ayının 3-də düşmənin minaatanlarının zərbəsi nəticəsində ağır yaralanaraq çoxsaylı qəlpə yaraları alıb. 

Abdinov Mətin Nazim oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyi üçün "Hərbi xidmətlərə görə" , “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Döyüşlər zamanı Baş leytenant olan Abdinov Mətin Nazim oğlu, sonradan kapitan rütbəsinə yükləsilb.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.

Mənbə 32gun.az

ƏN ÇOX OXUNANLAR

0.79670596122742