• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Malayziyada şəxsi təyyarə magistral yolda qəzaya uğradı - VİDEO



Malayziyanın paytaxtı Kuala Lumpurda “Beehcraft 390 Premier 1” tipli şəxsi təyyarə Sultan Əbdül Əziz Şah hava limanına enərkən magistral yolda qəzaya uğrayıb.

Ölkə.Az İHA-ya istinadla xəbər verir ki, sürətlə düşən təyyarə şosedə motosikletlə avtomobilə dəyib.

Hadisə nəticəsində təyyarədə olan 8 nəfər, motosiklet və avtomobil sürücüsü həlak olub.

Şəxsi təyyarənin Lanqkavi Beynəlxalq Hava Limanından havaya qalxdığı və qəza zamanı qüllə ilə əlaqəsinin kəsildiyi bildirilib.

Hadisə yerinə təcili yardım və fövqaladə göndərilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Həmin anlar avtomobilin kameralarına əks olunub.

Günay

ƏN ÇOX OXUNANLAR

0.32280278205872