- 6
ENDİRİLİR
ENDİRİLİR
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakı-Ankara səfəri üçün qiyməti 369.36 manata olan biletin əsas hissəsi 352.66 manatdır, qalan 16.7 manat isə vergidir.
Nəzərə alsaq ki, xeyli müddətdir insanlar arasında AZAL-ın bilet qiymətlərinin baha olması ilə bağlı narazılıqlar var. Lakin bu qiymətlər ucuzlaşmaq əvəzinə, günü-gündən bahalaşır.
Əgər biletlər belə bahadırsa, əlavə olunan vergini vətəndaşın ödəməsi qanunla doğrudurmu?
Valyuta.az məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli deyib ki, Azərbaycanda hər bir sahədə olduğu kimi bu sahədə də vergiləndirmə var:
“İstənilən satış həcminin üzərinə vergilər də gəlir. Yəni biletlərin satışında vergi sistemi var. Hətta bəzi biletlərə yerüstü xidmətlərin qiymətləri də gəlir. Bu qanunla nəzərdə tutulub”.
İqtisadçı bildirib ki, Azərbaycanda vergi və gömrük siyasəti ciddi suallar var və bu suallar narazılıq doğurur:
“Eyni ilə bu sahədə problemlər var. Vergi qiymətlərinin bilet qiymətlərinin bahalaşmasına səbəb olması da insanları narahat edir”.
Qeyd edək ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) Cahangir Əsgərov rəhbərlik edir.
Cahangir Əsgərov 1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur.
Cahangir Əsgərov 2010-cu ildə İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni, 2020-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib.