- 5
ENDİRİLİR
ENDİRİLİR
“Azərbaycanda hər doğulan uşağa 1000 manat vəsaitin ayrılması mümkündür”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda il ərzində təqribən 90-100 min arasında uşaq dünyaya gəlir:
“1000 manat ödəniş büdcəyə əlavə yük gətirmir. Gələn il büdcədən 1 milyard manat vəsaitin ayrılması ilə 9 min uşağa şamil oluna bilər. Azərbaycanda uşaqların sayı 18 yaşına kimi hesablanır. 2 milyon 700 min 18 yaşına çatmayan vətəndaşımız var. 2023-2024-cü ildə isə yeni bir proqramın qəbul edilməsinə ehtiyac var. Ümumilikdə, 3 milyard manata yaxın vəsaitin 2024-2025-ci ilə qədər uşaqpulunun verilməsi və yeni doğulan uşaqlara müavinətlərin verilməsi üçün ayırmaq mümkündür. 2024-cü ilə kimi addım-addım bu problem həll olunacaq”.
Ekspert bir ilə yaxındır ki, uşaqpulunun verilməsi ilə bağlı kampaniya apardıqlarını və aidiyyatı qurumlara təkliflər paketi təqdim etdiklərini vurğulayıb:
“Biz bunu Nazirlər Kabinetinə və Milli Məclisə də göndərdik. Ümid edirik ki, bu, ən azı müzakirəyə çıxarılacaq. Ancaq qəbul edilib-edilməyəcəyini deyə bilmərik. Azərbaycanda uşaqpulu mərhələli şəkildə həyata keçirilməlidir və bunu əminliklə söyləmək olar. Gələn il büdcədən 1 milyard manat vəsaitin ayrılması mümkündür və bunun mənbələrini də göstərmişik. İlkin mərhələdə bu, 900 min uşağı əhatə edəcək, təqribən hər uşağa 100 manat civarında xərcin ayrılması mümkündür. 2023-2024-cü ildə isə 16 yaşına qədər uşaqları əhatə edəcək bir proqram hazırlanmalıdır”.
Natiq Cəfərli son iki ildə doğuşun kəskin azaldığını xüsusi vurğulayıb: “Bu il də azalması gözlənilir. Yəni bu, həm də demoqrafik problemlərin həlli üçün vacibdir”.