• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yarımçıq təhsil, puç olan ümidlər, erkən nikah: Qızlarımızı kim bədbəxt edir?



"Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə onların sayı kəskin azalır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, 2009-cu ildə "Təhsil haqqında” qanunda 9 illik icbari təhsillə bağlı dəyişiklik edilməsi bu məsələdə vəziyyəti müsbətə doğru bir xeyli dəyişdirib:

"Lakin icbari təhsil müddətindən, yəni 9-cu sinfi bitirdikdən sonra qızların təhsildən yayındırılma halları hələ də qalmaqdadır. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərində bu fakt öz rəsmi təsdiqini tapmış olur. Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində Azərbaycanda qız uşaqlarının 90%-dən çoxunun hüquqi maneə ilə qarşılaşmadan təhsil ala bildiyini qeyd edib”.

Ekspert bildirib ki, məsələyə nazirin dediyi rakursdan baxsaq, yerdə qalan 10 faiz heç də kiçik rəqəm sayılmamalıdır. "Bu, orta hesabla 100 qız şagirddən 10-nun təhsil zamanı hüquqi maneələrlə üzləşməsi faktı deməkdir”, deyə Elmin Nuri qeyd edib. 

Ekspert bildirib ki, 9 illik icbari təhsillə bağlı dəyişiklik yerinə yetirilməsəydi vəziyyət daha kritik səviyyədə gəlib çata bilərdi: 

"Bu dəyişikliyə qədər valideynlər qızlarını bəzən 4-cü sinifdən sonra məktəbə yollanmasına icazə vermirdilər. Lakin artıq 9 illik təhsil məcburi sayıldıqdan hüquqi prosedur buna imkan vermədi, nəticədə ali qanun qız şagirdlərin hüquqlarını qorumuş oldu. IX sinif isə artıq şagirdin gələcək həyatı üçün seçim dövrü olduğundan burada şagirdlərin XI illik təhsil bazasında qalıb-qalmayacaqları onların özü və valideynlərinin ixtiyarına buraxılır. Çünki bir çox peşəyönümlü, müxtəlif sahələrdə məşğul olan şagirdlər var ki, onlar yerdə qalan ikiillik etapda özlərini əmək bazarı üçün formalaşdıra bilərlər”. 

Həmsöhbətimiz qeyd edib ki, bu seçim haqqı valideynlərə sanki başqa hüquqların verilməsi kimi qarşılanır: 

"Onlar əsasən də qız övladlarının son iki ili məktəbdə oxumamalarına üstünlük verirlər. Bunun hansı səbəblərdən baş verməsi isə məkan və situasiyaya görə fərqlənir. Əsas səbəblər isə bunlardır: qızların erkən nikaha cəlbi, ailənin maddi rifahının aşağı olması, təhsilə çəkiləcək xərclərlə bağlı daha çox oğlan şagirdlərə üstünlüyün verilməsi, ailədaxili ifrat mühafizəkarlıq”. 

Ekspert hesab edir ki, bu gün istər ailə daxilində, istər cəmiyyətinin hər hansı təbəqələrində ifrat mühafizəkarlıq gələcəyimiz adına ləkədir: 

"Təsəvvür edin, bəzi yerlərdə qız şagirdin təhsilini davam etdirməsinə onun yenicə nişanlandığı şəxs, yaxud, gələcək rəsmi münasibətə girəcəyi şəxs qərar verir. Bu, yolverilməzdir. Bu gün qız şagirdinin təhsilini davam etdirməsinə imkan verməyən kişi cinsinin hər hansı nümayəndəsi sadəcə olaraq cəmiyyət adına ləkədir”. 

ƏN ÇOX OXUNANLAR

0.019449949264526