• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

DSMF-nin mərkəzi filialı 5000 manat cərimələnə bilər



Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

528.1-ci maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

DSMF Əmək və Əhalinin Sosial Müdafiəsiz Nazirliyinin tabeliyində fəaliyyət göstərir. 

ƏN ÇOX OXUNANLAR

0.020380973815918