- 4
ENDİRİLİR
ENDİRİLİR
Arzu intihar etməzdən öncə məktub yazaraq Vəlinin yanında dəfn edilməsini vəsiyyət edib. Onun nəşi Kürdəxanı qəbiristanlığından çıxarılaraq Ağstafanın Qarahəsənli kəndinə gətirilib və şəhidin yanında dəfn olunub.
Şəhidin bacısı Ceyhunə Mustafayeva Baku TV-yə açıqlamasında Arzunun ona yazdığı son mesajdan danışıb:
“Dedi ki, anana de, gəlini də gedir oğlunun yanına. Onu tək qoyan deyiləm. Zəng etdim, cavab vermədi”.
Şəhidin yaxınları onların sevgisini 1990-cı ilin 19-20 yanvar tarixində şəhidlik zirvəsinə ucalan İlhamın və həyat yoldaşının itkisinə dözməyərək intihar edən Fərizənin sevgi dastanına bənzədiblər.