• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şəhid Vüsal Orucov dəfn edildi



Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu oktyabrın 1-də Qusarda torpağa tapşırılıb.

Qəhrəman əsgər doğulub boya-başa çatdığı Suvacal kəndində dəfn edilib.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Şəhidin cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.

Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

2005-ci il təvəllüdlü Vüsal Orucov 2023-cü ilin aprel ayında hərbi xidmətə yollanıb. Ailədə 3 bacı, 3 qardaşdırlar.



ƏN ÇOX OXUNANLAR

0.094306945800781