• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məktəb bufetlərində baha qiymətə satılan qadağan olunmuş qidalar - Kiçik istehlakçılar necə zərbə alır?



"Məktəb bufetləri müxtəlif şəxslərə icarəyə verilir. Məktəb direktorları isə bu icarədən yararlanır". 

Bu sözləri Valyuta.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məktəb bufetlərində olan problemlər haqqında danışarkən deyib.

Eyyub Hüseynov bildirib ki, məktəb bufetlərinin təchizatı vahid mərkəzdə deyil:

"Baxmayaraq ki, 15 il öncə məktəb bufetlərində Standartlaşma İdarəsinin qəbul etdiyi standarta uyğun olaraq qazlı içkilər, işlənmiş ət məhsulları, çipslər satılmamalıdır. Lakin bunlar hazırda məktəb bufetlərində satılır. Məktəb bufetləri kiçik istehlakçıların sağlamlıqılarına tədricən zərbə aldıqları yerdir.

Bu yerlərə ictimai nəzarət lazımdır. Valideyn komitəsi, müəllimlə əl-ələ verib, məktəb bufetlərində vəziyyəti düzəltməlidir. AQTA mümkün olanı etsə də, əhatə edə bilmir. Ona görə də ictimai nəzarətlə agentliyə kömək etmək lazmdır. Müşahidə edilən mənfi hallarla bağlı 1003 qaynar xəttinə müraciət etmək olar".

Bufetlərdə satılan qidaların qiymətləri haqqında da danışan birlik sədri bildirib ki, hökumət biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb, onlar da bundan süni istifadə edir:

"Ölkədə qiymətlər durmadan artır. Azad bazar iqtisadiyyatı şəraitində istahlakçı hüquqlarının qorunmaması ilə bağlı aparılan səhv siyasət göz önündədir. Prezident iqtisadi iclaslarda dəfələrlə deyib ki, ölkədə monopoliya, kortel sövdələşmələri - yəni qiymətlərin təyin olunması var. İstehlakçıların hüquqları haqqında qanun zəifdir, bu qanun 1995-ci ildə qəbul olunub, bu günə qədər də dəyişməyib.

Olan dəyişiklik də istehlakçının ziyanına olub. Belə şəraitdə isə qiyməti müəyyən inhisarçılar, kartel sövdələşmələri və s. diqtə edir. Qiymət isə durmadan artacaq. Azərbaycan hökuməti biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb, onlar da bundan süni istifadə edir. Qiymətlərə dövlət müdaxilə edə bilməz, sərbəstdir, tələb və təklif aksiomu ilə formalaşır”. 

ƏN ÇOX OXUNANLAR

0.11719107627869