• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Nazirliyin yüksək vəzifəli şəxsi cərimələndi - Məhkəmə qərarlarını icra etməyib



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı direktoru Şahin Əliyevlə bağlı məhkəmə ayrı-ayrı işlərlə bağlı qərar qəbul edib. 

Qaynarinfo-nun məlumatına görə, məmur barəsində məhkəmə orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə iki protokol (25 avqust 2023-cü il və 15 sentyabr 2023-cü il tarixli) tərtib edilib. Hər iki iş baxılması üçün məhkəməyə göndərilib. 

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə Mərkəz direktoruna tərtib edilən 25 avqust 2023-cü il tarixli protokola baxılıb. Araşdırma zamanı məlum olub ki, Bakı İnzibati Məhkəməsinin icra sənədinin icrası cavabdeh təşkilatın direktoru tərəfindən üzrsüz səbəbdən icra etməyib. 

Məhkəmənin qərarı ilə Şahin Əliyev İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1200 manat məbləğində cərimə olunub.

İkinci iş üzrə hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmədə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru bildirib ki, Bakı İnzibati Məhkəməsinin icra sənədinə əsasən, filial direktoru öhdəliklərini icra etmir. Bu səbəbdən 15 sentyabr 2023-cü il tarixli protokola əsasən, inzibati tənbeh tədbiri görülməsini xahiş edib. 

Amma məhkəmə son anda Şahin Əliyevin rəhbərlik etdiyi qurum tərəfindən məhkəmə işi icra edildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verib.

Qeyd edək ki, 528.1 maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə həyata keçirilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
 

ƏN ÇOX OXUNANLAR

0.022175073623657