- 4
ENDİRİLİR
ENDİRİLİR
Sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı Əzizov Kamil Bafadar oğlunun videomüraciəti yayılıb.
Kamil Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun onu intihar həddinə çatdırdığını deyir:
“Dövlət qulluğunun müsahibə mərhələsində uğur əldə etmişəm. Dəfələrlə müraciət etmişəm, yersiz bəhanələrlə müraciətimə baxılmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına da müraciət etmişəm. Onlar məni başlarından ediblər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı məni intihar həddinə çatdırıb”.
O bildirib ki, Azərbaycan Texniki Universitetini bitirib və peşəkar idmançıdır.
K. Əzizov prezidentə və birinci vitse-prezidentə müraciət edərək probleminin həll olunmasını istəyib
.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi adı çəkilən icra başçısının da münasibətin dərc etməyə hazırıq.