• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"RR Construction" MTK şirkətindən sakinlər ev pulu istəyir - ÇƏKİŞMƏ



Yasamal rayonunun Sübhi Salayev, Zivər bəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan evlərin sakinləri "RR Construction" MTK adlı şirkətin fəaliyyətindən narazıdırlar.

Sakinlər Ölkə.Az-a müraciətlərində bildiriblər ki, ərazini icarəyə götürən şirkət orada yaşayan vətəndaşların tələbinə məhəl qoymur:

"Şirkət bizim əhalini tam razı saldıqdan sonra sökün­tü və tikinti işləri­ həyata keçirməyi üzərinə götürüb. Ərazidə yaşayan 240 ailədən 223 ailəni yeni tikəcəkləri binalarda mənzil vermək adı ilə köçürüblər.Yerdə qal­an 17 ailə isə mənzil almaqla bağlı vədl­ərə inanmır, haqlı ol­araq mənzillərinin dəyərinin ödənilməsini tələb edirlər. Lakin şirkətin direkt­oru Rafael Abdullayev Nazirlər Kabinetin­in 482 saylı qərarı­nın 4.1-ci bəndində göstərilən "mülkiyyətçin­in qanunvericiliyə uyğun razılığı ilə" və "dəyəri ödənməklə" gö­stərişinə heç bir məh­əl qoymur və "sizə ya­lnız evlərinizi söküb yeni binalar tikib mənzil verə bilərəm" deyir". 

Sakinlər deyir ki, onlar sözügedən şirkətdən nə az, nə də çox, bazar qiymətinə uyğun məbləğ tələb edirlər:

"Dəfələrlə Yasamal rayon icra başçısına və şirkət rəhbərliyinə bildirmişik ki, bazar qiyməti nədirsə, araş­dırılsın və biz qi­ymətlərlə razılaşmağa hazırıq. Bazar qi­yməti təqribən 2500-­3500 civarındadır".

Yasamal sakinləri deyir ki, vəziyyətlə bağlı dövlət qurumlarına və s. müraciət etsələr də, faydası olmayıb: 

"Yazdığımız çoxsaylı məkt­ublara dövlət orqanl­arı tərəfindən heç bir məhəl qoyulmur. Han­sı qaynar xəttə müra­ciət ediriksə, şirkət­in adını bilən kimi bizə dəstək olunmur və hər bir vəchlə məsu­liyyəti boyunlarından atmağa çalışırlar.­ Prezidentin göstərişi­nə əsasən, bu şirkətl­ər bizim evlərimizi alarkən bizə ya konpe­nsasiya ödəyib, ya da mənzil verib rifahımızı gözəlləşd­irməlidirlər, amma bu şirkət əraziyə gəld­ikdən bəri nəinki mənzil-məişət şərait­imiz gözəlləşib, hətta evlərimiz, küçələrim­iz yaşanmaz hala gəlib. Bir gün qazımızı, bir gün suyum­uzu kəsirlər. Bizləri təhdid edib "hara is­təyirsiniz şikayət edin, onsuz da baxan olm­ayacaq" deyirlər. Doğ­rudan da şikayətlərimi­zi dinləmirlər. İcra başçımız Elşad Həsən­ov da onlara dəstək verərək "gedin məhkəm­ələrə müraciət edin və məni narahat etmə­yin" deyir. Biz kasıb əhali​ məhkəmələr gedib aylarla çəkişəc­əyiksə, bəs bu icra hakimiyyəti nə işə ba­xır? Bu şirkət kimlər­əsə güvəndiyindən he­ç bir dövlət qurumu bizə dəstək olmağa ür­ək etmir".

R.Abdullayev bundan əvvəl verdiyi açıqlamalarında bildirib ki, kirayə ödənişi otaq sayına görə razılaşma əsasında verilir, mənzilə görə əlavə 30% ödəniş nəzərdə tutulur. 

Sözügedən şikayətlə əlaqədar "RR Construction" MTK ilə əlaqə saxladıq. şirkətdən Ölkə.Az-a cavab olaraq şikayətin köhnə olduğu və artıq bütün mənzil sahibləri ilə razılığa gəlindiyi bildirildi. Şirkaət nümayəndəsi həmçinin əlavə etdi ki, əgər narazılığı olanlar varsa,  adbaad siyahı ilə şirkətə müraciət etsinlər.

Daha sonra isə şikayətçi olan 17 nəfər redaksiyamıza adbaad siyahı göndərdi. "RR Construction"a bununla bağlı növbəti müraciətimizə cavab olaraq deyildi ki, bu barədə ancaq ofisə yaxınlaşmaqla cavab almaq mümkündür.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, Yasamal rayonunun sözügedən ərazisində ümumilikdə 5 hektar ərazidə 15 girişli 11 bina tikilməsi nəzərdə tutulub.

 

ƏN ÇOX OXUNANLAR

1.7185831069946