• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Məqam MTK" əməkdaşları qoçu dəstələrlə üstümüzə hücum edir - Sakinlər ayağa qalxdı



Nərimanov rayonunda yaşayan bir neçə sakin "Məqam MTK"dan narazılıq ediblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, Sakinlərin sözlərinə görə 30 ildir sözü gedən ərazidə yaşayırlar,yeni tikinti layihəsi ilə əlaqədar hər kəslə razılaşıblar, yalnız üç ailə qalıb onların da, yaşayışına maneçilik törədilir qaz-su bütün komunal xətlərini kəsiblər.

"Məqam MTK" tikinti şirkətinin əməkdaşları onlarla kobud rəftar edir, heç bir əsas olmadan bizi daşa basıb evimizə hücum edirlər ki, bizdə bezək evimizi tərk edək.Maraqlı odur ki, hər kəslə razılaşıblar, bizimlə razılaşmırlar bizə gələndə isə, tikinti şirkəti deyir ki, siz belə öləcəksiz! Elnur adlı şirkətin əməkdaşı bizi təhqir edir üstəlik nəlayiq sözlər deyir.

İdmançı şəxslərlə birlikdə evimizə, üstümüzə, hücum edir, deyilənə görə Elnur adlı şəxs "Məqam MTK"-nın əməkdaşıdır.

Daha sonra sakinlər bildirir ki, şirkət əməkdaşları gecə saatlarında 7-8 nəfərlə birlikdə onların qapısın döyüb, biz buranı almışıq rədd olun buradan çıxın, biz buraları almışıq.

Evimizi daş-qalaq edirlər deyirlər bax biz sizi belə zülm verəcəyik belə öldürəcəyik, sonda özünüz məcbur olub köçüb gedəcəksiz  Yüksək vəzifədə olan tanınmış şəxslərin adlarını çəkirlər ki, arxamızda onlar dayanıb bizə heç kim heçnə edə bilməz! 

Sonda sakinlər ölkə başçısından, birinci xanım vitse -prezident,  və digər aidiyyatı qurumlardan kömək istəyiblər.

Daha ətraflı videoreportajda

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. 

Mənbə Azərbaycan Reallığı

ƏN ÇOX OXUNANLAR

0.11451005935669