- 5
ENDİRİLİR
ENDİRİLİR
Abşeron rayonu Masazır qəsəbəsində “göl” adlanan ərazidə rəsmi icazəsi olmadan kütləvi şəkildə həyət evlərinin tikintisi ilə bağlı oxuculara bir neçə dəfə məlumat vermişik.
Həmin materiallarda bildirilmişdi ki, ərazidə qanunsuz tikinti işlərini həyata keçirən şəbəkə Abşeron Rayon İcra Hakimiyyəti ilə “anlaşma” şəraitində fəaliyyətini genişləndirməkdədir.
Yenicag.az-a daxil olan məlumata görə, hazırda Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin tikintisi davam etdirilir.
Ərazidə yaşayan sakinlərin dediyinə görə, haqqında danışılan qanunsuz həyət evlərinin tikintisi Elçin və Xəyal adlı şəxslər tərəfindən həyata keçirilir. Sakinlərin iddiasına əsasən, adları çəkilən şəxslər “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədov tərəfindən tam himayə olunurlar.
Bu məsələ ilə bağlı əldə etdiyimiz digər məlumatda isə Masazır qəsəbəsindəki qanunsuz inşa edilən həyət evlərinin tikintisinə “icazə”ni Abşeron rayon icra hakimiyyəti başçısının tikinti işlərinə nəzarət edən və onun “sağ əli” kimi tanınan Nurlan Həsənovun verdiyi bildirilir.
Masazırdakı “qanunsuz inşaat” bumunun başında dayandığı iddia edilən Seymur Məmmədovun Nurlan Həsənovla “anlaşmasına” vasitəçilik edən şəxsin isə qəsəbə üzrə icra nümayəndəsi Şahlar Əsgərovun olduğu deyilir. Burada mühüm nüanslardan biri də Seymur Məmmədovla Şahlar Əsgərovun həmyerli olmalarıdır.
Mövzunu davam etdirəcəyik.
Mənbə Yenicag.az